Müğənni Özcan Deniz və keçmiş xanımı Feyza Aktanın qəyyumluq məhkəməsi keçirilib.
OLAY yazır ki, sənətçi məhkəmədən sonra oğlu Kuzeyin fotosunu İnstaqram hesabında paylaşaraq bu sözləri qeyd edib:
“Sən övladsan, kredit kartı deyilsən, öz hüquqları olan bir fərdsən. Kimsənin şöhrət pilləsi, sınaq taxtası, mənfəət qapısı deyilsən. Sənin balaca bədəninin arxasına sığınan, bunları edən hər kəs, kim olursa olsun, axan hər damla göz yaşımızın hesabını hüquq qarşısında verəcək, canım oğlum. Addım atdığın torpağa, aldığın hər nəfəsə qurban olacaq atan var”.
Qeyd edək ki, cütlük 2019-cu ilin iyununda boşanıb.