Bir müddətdir xəyanət xəbərləri ilə gündəm olan müğənni İrem Dericinin konsertində dava düşüb.
OLAY yazır ki, sənətçinin dinləyiciləri arasında problem yaşanıb.
Bununla bağlı İrem də öz səhifəsində paylaşım edib. Səhnədən görüntüsünü paylaşan Derici çox kədərləndiyini bildirib:
“Belə gözəl başlayan konsert iki qrup dalaşanda dəhşətə çevrildi. Sultanqazi əhalisi də mənim qədər kədərlidir. Tək arzum hər kəsin sağ-salamat evinə getməsidir. Sizinlə yenidən görüşmək üçün günləri sayıram. Xahiş edirəm, özünüzə yaxşı baxın”.