Fotosessiya
Fotosessiya

Dünya ulduzuna ağır itki

Dünya ulduzuna ağır itki

Dünyaca məşhur müğənni Britni Spirsə ağır itki üz verib. 

OLAY yazır ki, bir müddət əvvəl hamilə olduğunu açıqlayan sənətçi uşağının bətnində tələf olduğunu söyləyib. 

Bu barədə o, instaqramda paylaşım edib. 

“Çox üzülərək körpəmizi itirdiyimizi açıqlayıram. Xoş xəbər vermək üçün həyəcanlıydıq. Amma erkən hamiləlik dövründə uşağımızı itirdik. Sevgimiz və gücümüzlə ailəmizi böyütməyə çalışacağıq”, deyə Britni bildirib. 

Qeyd edək ki, ifaçı iki uşaq anasıdır. O beş ildir ki, San Ashgari ilə eşq yaşayır.