Bir müddət əvvəl küçə itləri ilə bağlı paylaşımına görə tənqid olunan müğənni Yıldız Tilbe ifadə verib.
OLAY yazır ki, o, məhkəmə zalında dindirilib.
Tilbenin vəkili Handan Bakbak media mənsublarının suallarını cavablandırıb.
O deyib ki, artıq Yıldız bu haqda danışmaq istəmir.
Tilbe isə məhkəmədə “Mən kiməsni təhqir etmədim. İnsanlara hücum edən itləri aparın dedim” sözlərini səsləndirib.
Qeyd edək ki, Yıldız sosial şəbəkə hesabında küçə itlərinin yığışdırılmasını, insanlara hücum etməmələri üçün onların zəhərlə öldürülməsini istəmişdi.