Ötən gün dünyaca məşhur futbolçu Devid Bekhem və modelyer Viktoriya Bekhemin oğlu Bruklinin toyu keçirilib.
OLAY yazır ki, toy Bekhemin milyarder nişanlısı Nicola Peltzin 103 milyon dollarlıq malikanəsində keçirilib. Toydan gəlin və bəyin fotosunu paylaşmağa icazə verilməyib. Çünki özəl görüntülər “Vogue” jurnalına satılıb.
Bundan başqa Bruklinin toydan sonra Nikolanın soyadını istifadə edəcəyi söylənilir. Gəlinin libası isə xüsusi olaraq onun üçün tikilib. Eyni zamanda, mərasimdən görüntülər yayılmağa başlayıb. Viktoriya və Devid stilləri ilə diqqət çəkib.
Qeyd edək ki, Bruklin Nikola ilə evlilik müqaviləsi də imzalayıb.