Komediya aktyoru Şafak Sezer İstanbuldakı 3 mərtəbəli villasını 25 milyon TL-yə satışa çıxarıb.
OLAY yazır ki, lakin o, roluna görə villaya alıcı tapa bilmədiyini bildirib. Ş. Sezer bunun səbəbini “Kolpaçino” filmində daşınmaz əmlakla məşğul olan “Özgür” obrazı ilə əlaqələndirib:
“Evi təxminən 1,5 - 2 ildir satışa çıxarmışam, amma filmdəki daşınmaz əmlak agenti obrazıma görə məni ciddiyə almırlar”.
7 otaq 2 zaldan ibarət evin lifti və hovuzu var. Mənzilin kinoteatr, diskoteka və karaoke zalı da mövcuddur.
Hündür tavanı ilə diqqət çəkən villa 2020-ci ildə 9 milyon TL-yə satışa çıxarılıb.