Fotosessiya
Fotosessiya

Lüks evini 29 milyona satdı

Lüks evini 29 milyona satdı

Dünyaca məşhur pop ulduz Castin Timberleyk Nyu-Yorkdakı lüks evini 29 milyon dollara satıb.

OLAY yazır ki,  Timberleyk və xanımı Cessika Biel 2017-ci ildə 20,2 milyon dollara aldığı mənzili daha artıq qiymətə alıcı tapıb. 
500 kvadratmetrlik evdə dörd yataq otağı, 4 böyük və iki kiçik vanna otağı var.

Dəbdəbəli rezidensin üst mərtəbəsində yerləşən evin şəxsi lifti, 500 kvadrat metrlik dam terrası, 20 metrlik hovuzu və idman zalı da mövcuddur. 

Binanın əsas girişi ilə yanaşı, məşhur sakinlərinin paparaziyalardan gizlədilməsinə imkan verən özəl giriş də var.