Hollivud ulduzu Şon Penn qaçqınlara dəstək olmaq üçün yenidən Ukraynaya gedib.
OLAY yazır ki, bu barədə aktyor sosial şəbəkədə məlumat yayıb. Penn Ukraynanın qərbindəki Lvov şəhərində olduğunu açıqlayıb.
Qaçqınlara dəstək üçün assosiasiya proqramlarını dəstəklədiyini qeyd edən məşhur aktyor Lvovda vilayət administrasiyasının rəhbəri Maksim Kozitski ilə görüşdüyünü deyib.
Qeyd edık ki, Şon tərəfindən yaradılan assosiasiya Polşaya sığınan ukraynalı qaçqınların yerləşdirilməsi və təhsil almasına dəstək verir.