Olay
Olay

Ukraynalı məşhur müğənni döyüşə qoşuldu

Ukraynalı məşhur müğənni döyüşə qoşuldu

Ukraynalı musiqiçi, “Okean Elzy” qrupunun rəhbəri Svyatoslav Vakarçuk Lvov vilayətinin Ərazi Müdafiə Qüvvələrinə qoşulub.

OLAY yazır ki, bu barədə Lvov Regional İşə Qəbul və Sosial Dəstək Mərkəzinin rəhbəri Aleksandr Tişenko məlumat verib.

“Ehtiyatda olan zabit, Lvovun fəxri vətəndaşı, musiqiçi və “Okean Elzy” qrupunun rəhbəri Svyatoslav Vakarçuk Ukrayna müdafiəçilərinin döyüş dəstəsinə qoşuldu! Bu gündən etibarən Lvov vilayətinin ərazi müdafiəsi çərçivəsində o, hərbi borcunu yerinə yetirməyə başlayır. Ona əsgər xoşbəxtliyi arzulayırıq! Qələbə bizim olacaq”,- deyə bildirib.