Fotosessiya
Fotosessiya

Castinlə Heyli çətin günləri arxada qoydu

Castinlə Heyli çətin günləri arxada qoydu

Kanadalı məşhur ifaçı Castin Biber ötən günlərdə səhhəti pisləşən həyat yoldaşı Heyli Biberlə bağlı açıqlama verib.

OLAY yazır ki, çətin günlər keçirdiyini bildirən Castin həyat yoldaşının vəziyyətinin yaxşı olduğunu söyləyib:

"Həyat bəzən bizə sürprizlər edir, nəzarətdə saxlaya bilmirik. Çətin günlər yaşadıq. Amma indi vəziyyəti yaxşıdır. O, çox güclü insandır".

Qeyd edək ki, Heylinin beyin damarlarında laxtalanma yaranmışdı.

Onu da bildirək ki, cütlük 2018-ci ildə evlənib. Heyli aktyor Stiven Bolduinin qızıdır. O, 2015-2016-cı illərdə Biber ilə birlikdə olub, ancaq sonra gənclər ayrılmaq qərarına gəlib. Onların münasibətləri Biberin müğənni Selena Qomezlə ayrılmasından sonra 2018-ci ilin iyununda yenidən başlayıb.