Olay
Olay

“Ad günün mübarək, mənim balam!”

“Ad günün mübarək, mənim balam!”

Dünyaca məşhur ifaçı Castin Biber 28 yaşına qədəm qoyub.

OLAY yazır ki, sənətçinin həyat yoldaşı Heyli Biber bu barədə paylaşım edib. O, əriylə olan fotolarını paylaşaraq bunları yazıb:

“Doğum günün mübarək, mənim balam. Bu həyatda çox heyrətamiz və gözəl şeylər var, amma ən gözəl tərəfi odur ki, mən bunu səninlə yaşaya bilirəm. Mən səni sevirəm!”.

Qeyd edək ki, cütlük 2018-ci ildə evlənib. Heyli aktyor Stiven Bolduinin qızıdır. O, 2015-2016-cı illərdə Biber ilə birlikdə olub, ancaq sonra gənclər ayrılmaq qərarına gəlib. Onların münasibətləri Biberin müğənni Selena Qomezlə ayrılmasından sonra 2018-ci ilin iyununda yenidən başlayıb.