Dünya pop səhnəsinin qalmaqallı ulduzu Britni Spirs tətilə yollanarkən görüntülənib.
OLAY yazır ki, sənətçi mühafizəçi ilə birgə Meksika hava limanında paparatsiyaların obyektivinə tuş gəlib.
Diqqət çəkən məqam mühafizəçinin əlində tutduğu uşaq kimi bələnmiş “kukla” olub.
Cangüdəninin “kukla”nı necə ehtiyatla daşıması ictimaiyyəti şoka salıb, sanki o, əsl uşaq idi.
Yeri gəlmişkən, bu “kukla” Britninin kolleksiyasındakı çoxlu kuklalardan biridir. Onun adı Brennandır. Spirs oyuncağı bir neçə il əvvəl instaqram səhifəsində pərəstişkarlarına tanıdıb.
Sosial şəbəkə əhli gördüklərini ürpertici hesab ediblər. Onlar əmindirlər ki, Britninin yenidən mütəxəssislərin köməyinə ehtiyacı var, çünki onun səhhətində açıq-aydın problem var. Bəzi izləyicilər sənətçinin Yeni il qabağı barışdığı oğullarını böyüdə bilməmək stresinin öhdəsindən bu cür gəldiyini yazıb. Digər izləyicilər isə belə davranışın Britninin terapiyasının bir hissəsi olduğunu qeyd ediblər.