Fotosessiya
Fotosessiya

“Anamın dostları sığınacaqda oturublar”

“Anamın dostları sığınacaqda oturublar”

Azərbaycanı Avroviziya- 2017 mahnı müsabiqəsində təmsil edən Dihaj qrupunun solisti Diana Hacıyeva Ukraynadakı hərbi əməliyyatlardan yazıb. 

OLAY yazır ki, tanınmış müğənni Mariupol şəhərində anadan olduğunu qeyd edib. 

“Ukraynada mənim ailəmin dostları və qohumları var. Brovaridən olan anamın dostları səhərdən sığınacaqlarda oturublar”,- deyə Diana bildirib.

D. Hacıyeva “Mən müharibənin o dəhşətli yükünü yenidən hiss edirəm. Bu fəlakətin qarşısı alınmalıdır”, - yazaraq sözlərinə əlavə edib.