Olay
Olay

“Ukraynadakı insanlar üçün dua edirəm” - Coli

“Ukraynadakı insanlar üçün dua edirəm” - Coli

Hollivud ulduzu Ancelina Coli Ukraynaya dəstək olub. 

OLAY yazır ki, dünyaca məşhur aktrisa bu barədə rəsmi instaqram hesabında paylaşım edib. Coli Ukraynadakı insanlar üçün dua etdiyini bildirib:

“Bir çoxlarınız kimi mən də Ukraynadakı insanlar üçün dua edirəm. Həmkarlarımla diqqət mərkəzində saxladığımız mövzu budur ki, bölgədəki köçkünlərin və qaçqınların müdafiəsi, ən əsası insan hüquqlarının təmin edilməsi üçün mümkün olan hər şey etməkdir. Artıq itkilər və insanların təhlükəsizlik üçün evlərini tərk etməyə başladığı barədə xəbərləri oxumuşuq”.