Fotosessiya
Fotosessiya

Maluma qızına doğum günü partisi keçirdi

Maluma qızına doğum günü partisi keçirdi

Ötən gün Kolumbiyalı dünyaca məşhur pop ulduz Maluma qızı Peris Londonyo Homesə bir yaşı tamam olub.

 OLAY yazır ki, bu münasibətlə 31 yaşlı sənətçi və həyat yoldaşı, memar, dizayner Susana Homes övladlarına doğum günü partisi təşkil edib. 

Ad günü yığıncağında cütlüyün yaxın dostları iştirak edib.

Partidən çəkilən əyləncə dolu fotoları Maluma “Gözlərimin işığı ilk doğum günün mübarək” şərhi ilə instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

Diqqət çəkən məqam ifaçının paylaşdığı şəkillərdə qızının ürək emojisi ilə üzünü bağlaması olub.