Müğənni Zamiq Hüseynov maraqlı açıqlamaları ilə gündəmə gəlib.

OLAY yazır ki, sənətçi qonaq olduğu “Mədəni şou” da verilişlərə az çıxmasının səbəbini bu şəkildə izah edib:

“Verilişlərimiz çox kasaddır, zəifdir, mövzular adidir. Yaxşı ilə pis verilişlərdə seçilmir. Deyirlər ki, bu gün yaxşı edək. Etdik, amma sabah yenə eyni adamlardır. Ona görə də verilişlər azdır. Sevdiyim verilişlərə gedirəm. Tanıdığım aparıcılar var ki, zövqünə inanıram. Hər dəfə danışıram,ağır çıxır. Dpğma qardaşım olsun, su istehsal etsin, bilsəm ki, su uşaqları zəhərləyir, ondan küsərəm. Bir çox mahnılar var ki, uşaqlarımızı zəhərləyir. Aparıcılar var ki, uşaqlarımızı zəhərləyirlər. Onların qanına bu mahnılar elə işləyir ki, bu onların gələcək planlarına mane olacaq”.