Dünya şöhrətli rus əsilli supermodel İrina Şeyk Milanda qatıldığı Moda Həftəsindən çəkdirdiyi fotoları instaqram səhifəsində paylaşıb.
OLAY yazır ki, şəkillər podium ulduzunun çıxış etdiyi “Blumarine”, “Dsquared2” və “Tod's” markalarının şoularından lentə alınıb.
İrinanın çoxsaylı karyera uğurlarına baxmayaraq, pərəstişkarları son zamanlar onun şəxsi həyatı ilə daha çox maraqlanmağa başlayıblar.
Məsələ burasındadır ki, Şeyk, şayiələrə görə, keçmiş futbolçu və Jizel Bündxenin keçmiş əri Tom Bredi ilə yenidən görüşməyə başlayıb. 2023-cü ildə cütlüyün qısa müddətli romantikası olub, lakin sonra, onlar münasibətlərini davam etdirməyiblər.