Fotosessiya
Fotosessiya

“40 gün oldu...”

“40 gün oldu...”

Aparıcı və aktyor İlkin Həsəni mərhum həmkarı Azər Baxşəliyevlə bağlı paylaşım edib. 

OLAY yazır ki, Azərin vəfatından 40 gün keçməsi ilə əlaqədar İlkin onun məzarını ziyarət edib. 

Oradan çəkdiyi fotonu Həsəni instaqram səhifəsində yayımlayıb. 

İlkin həmin şəkilə “40 gün oldu... ” qısa şərhini yazıb.

Qeyd edək ki, A.Baxşəliyev 39 yaşında böyrək çatışmamazlığından dünyasını dəyişib.