Fotosessiya
Fotosessiya

Pattisonun model ilə evlənməsi üzə çıxdı

Pattisonun model ilə evlənməsi üzə çıxdı

“Alatoranlıq”ın ulduzu Robert Pattisonun model Syüki Uoterhausla ailə qurması və toylarlarının olması uzun zamandan sonra öz təsdiqini tapıb.

OLAY yazır ki, bu məlumatı isə Robertin həmkarı Hollivud ulduzu Şeron Stoun yayıb.

“In Touch Weekly” nəşrinin dərc etdiyi məlumata əsasən, hər şey Nyu-Yorkda “AHA Red Dress Collection”un tədbirində baş verib. Orada Şeron şouda iştirak etdiyi üçün Syükiyə təşəkkür edib və bunun üçün onun “qızı və əri ilə vaxtını” qurban verməli olduğunu qeyd edib. Uoterhaus Stounun sözlərini inkar etməyib, ona görə də ətrafındakılar tez onun Robla evli olduğu qənaətinə gəliblər. Bundan sonra cütlüyün həqiqətən ailə qurması üzə çıxıb. Məlum olub ki, cütlüyün qızı dünyaya gəldikdən sonra ötən il evləniblər.

Rob və Syüki indi ailə həyatına və qızlarını böyütmək rutinindədirlər. Pattison, filmlərdə rol almağa davam etsə də və indi Cənubi Koreyada karyera qurmağı düşünsə də, onun prioriteti ailəsidir.