Müğənni Gülben Ergen haqqında çıxan eşq xəbərlərinə üsyan edib.
OLAY yazır ki, məşhur vəkillə sevgili olduğu iddia edilən ifaçı status paylaşıb. O, bu xəbərlərin yayılmasından narahat olduğunu dilə gətirib:
“Şəxsi həyatıma daxil edib, sonra çıxartdığınız adamlar siyahısından bezdim. Kimdən soruşdun? Kimdən eşitdin? Ordan-burdan eşitdiyiniz həqiqətə uyğun olmayan ifadələrdən başqa yazdıqlarınızın doğruluğunu göstərən heç nə yoxdur. Ola da bilməz! Siz mış-muş jurnalistlərisiniz. Ailəm, işim, şəxsi həyatım sizin zehniyyətinizlə uyğunlaşmır. Səhnəyə, kostyumuma, saça və geyimə istədiyinizi yazın. Amma ürəyim və ailəmə yox! Məhkəmə ilə məşğul etməyin məni”.