Fotosessiya
Fotosessiya

Rəvanın “Netflix”lik hekayəsi – Bu dəfə məşhur nənə aldadıldı

Rəvanın “Netflix”lik hekayəsi – Bu dəfə məşhur nənə aldadıldı

“Rusiyanın məşhur “Бурановские Бабушки” qrupunun solisti Anna Prokopyevanı da afrikalı fırıldaqçılar mənim fotolarımla aldadıblar”.

OLAY yazır ki, bu sözləri iş adamı Rəvan Bəşirov bildirib. O, Rusiyanın NTV kanalında yayımlanan “За гранью” verilişinə dəvət alsa da, iştirak edə bilmədiyini söyləyib. Proqramda fırıldaqçıların Bəşirovun fotosundan istifadə etməsi və müğənnidən külli-miqdarda pul alınması deyilib.

“İcazə vermədiyim halda foto və videolarımı da yayımlayıblar. Qadının isə vəziyyəti daha acınacaqlıdır. On minlərlə borcu var”, - deyə, Rəvan bildirib.

Qeyd edək ki, məsələ barədə ilk məlumatı müğənni Marina Korol “Facebook”da yayıb. O, Yeni il ərəfəsində hər kəsi Prokopyevaya yardım etməyə səsləyib.

Anna isə “За гранью” verilişindən öncə saytlara müsahibəsində pulsuz qalmasını təsdiqləyib.

“Bu, qorxuludur, amma gerçəkdir. Belə bir şeyi düşmənimə də arzulamaram. Kabus yaşayıram. Pensiyamın hamısını banklara verirəm, özüm bir qəpiksiz qalmışam, gözləyirəm ki, kim kartıma nə qədər pul göndərəcək”, - deyə, müğənni söyləyib.

Prokopyeva bildirib ki, ona oğlu yardım edir, dərmanlarını alır. Həmçinin, sənətçi bu hadisənin səhhətinə pis təsir etdiyini də söyləyib.

Qeyd edək ki, Rəvan Bəşirov dünyada fırıldaqçılar tərəfindən ən çox fotosu istifadə edilən şəxslərdən biridir. Onun şəkilləri ilə onlarla avropalı qadın aldadılıb və pulları mənimsənilib. Həyat yoldaşı olan bir neçə qadın isə fotolara və ona yazılanlara aldanaraq ərlərindən boşanıb.

Fırıldaqçılar onun şəkillərindən istifadə edərkən eyni ssenari üzrə hərəkət edirlər. Qadınlara onun uşaqları ilə fotolarını göndərərək, həyat yoldaşı ölmüş, özünü övladlarına həsr edən bir oliqarx ata obrazı yaradırlar. Daha sonra isə problemlərinin olduğu söyləyərək qadınlardan pul alırlar. Eyni hekayə hazırda evli olan Anna Prokopyevanla da baş verib.

Onu da bildirək ki, bu günlərdə Rəvan Bəşirovun başına gələn hadisələrə uyğun “Netflix”də “Tinder ovçusu” sənədli filmi yayımlanıb və izlənmə rekordları qırır.