Fotosessiya
Fotosessiya

Azərbaycanlı məşhur zorlamaya görə həbs olundu

Azərbaycanlı məşhur zorlamaya görə həbs olundu

Bir müddət əvvəl Ağasəlim Çildağın oğlu olduğu iddia edilən Josef  Loco ləqəbli məşhur tatu ustası Natiq Səttarov İsveçdə həbs edilib. 

OLAY yazır ki, bu barədə tanınmış jurnalist Şəbnəm Karslı sosial şəbəkədə məlumat yayıb.  

Onun iddiasına görə, Josef zorlamada ittiham edilib.  

Karslı qeyd edib ki, Səttarov 2006-cı ilin dekabrında Azərbaycanda siyasi basqılara məruz qaldığını iddia edərək İsveç Krallığından sığınacaq istəyib. Bir müddət sonra istəyi qəbul olunub. 2015-ci ildə İsveç vətəndaşlığını alıb.

Qeyd edək ki, üç il bundan əvvəl Josefin Ağasəlim Çildağın oğlu olması barədə iddialar səsləndirilmiş, meyxanaçının ailəsi mövzu barədə xəbərsiz olduqlarını deyərək məlumatları təkzib etmişdilər.