Yeni il gecəsi məclisə, partiyə dəvətli deyilsinizsə, 2022-ni evdə qarşılayacaqsınızsa, sizə bir tövsiyəmiz var! İllərdir izləməkdən doya bilmədiyimiz, hər dəfə bizə Yeni il ab-havası bəxş edən filmlərə yenidən nəzər salın!
OLAY sizə dönə-dönə izlədiyimiz milad filmlərini təqdim edir.
Birincisi, “Gerçək sevgi” (Love Actually)dir. Ekran işində səkkiz fərqli cütlüyün yeni il ərəfəsi başlarına gələn hadisələrdən bəhs olunub. Onların bir-birilə əlaqəsi olmayan macəraları təsvir edilib.
“8 qadın” (8 Femmes).
Öldürülmüş bir kişi və səkkiz qadın...Ekran işində xanımlar cinayətlə bağlı reallığı öyrənməyə çalışıb. Film Fransada böyük ailənin Yeni il tətilində bir araya gəlməsi ilə başlayıb. Bir gecə ev sahibi bıcaqlanaraq öldürülüb və evdəki səkkiz qadın şübhə altında qalıb.
“Təsadüf” (Serendipity).
Filmdə tanış olduqları gecədən sonra illərlə bir-birini axtaran cütlükdən danışılıb. Onlar uzun müddət keçsə də, taleyin yollarını kəsişdirdiyinə inanıblar.
“Milad oğrusu Qrinç” (How the Grinch Stole Christmas).
Bu filmi dəfələrlə izləmişik. Hər dəfə eyni həyəcanla tamaşa edib, yeni il ab-havasına bürünmüşük.
“Whoville” qəsəbəsinin hər küçəsində Yeni il coşğu ilə qarşılanır. Qəsəbədəkilərin tək istəyi doğmalarına gözəl hədiyyələr almaqdır.
Amma “Crumpit” dağının təpəsində yaşayan Qrinç Milada nifrət edir və insanların bu bayramı niyə belə sevdiklərini anlamayıb. Tək arzusu onları Yeni ili təntənə ilə qarşıladıqlarına peşman etmək olub. Qrinç planlarını reallaşdırmaq üçün əlindən gələni edib.
“Ston ailəsi” (The Family Stone).
Ston ailəsi yeni il tətilində Everetin sevgilisi Merediti evə çağırması və onlarla tanış etməsi üçün bir araya gəlib. Bohem tərzli ailə öz stillərinə uzaq olan Mereditə yad idi.
Nyu-Yorklu, varlı və güclü iş qadını onlara məsafəli, soyuq kimi görünüb. Onların mənfi fikrinə görə, pis vəziyyətə düşən gənc qadın bacısından kömək istəyib.
“Sonuncu məzuniyyət” (Last Holiday).
Corcia Bayard həyatını sistemləşdirməyə çalışan bir qadın olub. Qəfildən eşitdiyi ağır və qorxunc xəbər Corcianı çətin vəziyyətllə üz-üzə qoyub. O, ölümcül xəstəliklə qarşı-qarşıya gəlib və çox az ömrü qaldığını öyrənib. Bundan sonra Avropaya səyahət edib. Lakin bu onun son tətili olub...
“Home Alone”, yəni “Evdə tək”. AzTV-nin hər il təkrar-təkrar yayımladığı bu film hər birimizə tanışdır. Balaca Kevinin ailəsi Fransaya tətilə yollanarkən onu evdə unudub. Kevin tək qaldığını anlayıb və evini oğrulardan qorumalı olub. Oğrular-Harri və Marvın niyyəti Kevinin məhəlləsindəki bütün evləri soymaq idi. Amma Kevinin evindən oğurluq etməyin asan olmadığını acı təcrübələrlə anlayıblar.
“Elf”
Baddi Şimal Qütbündə böyüyüb, elf olub. Lakin boyu uzananda əslində bir insan olduğu ortaya çıxıb. Beləliklə, Baddi atasını tapmaq məqsədilə Nyu-Yorka gedib. Onun dünyasına oxşamayan şəhər Baddiyə bir ata, ana və qardaş qazandırıb. Amma bu insanların Yeni ilə ümidsiz qarşılaması onu təəccübləndirib.
“Ən yaxşı kişi bayramı” (The best Man Holiday)
Universitetdə dost olan bir qrup 15 il sonra Yeni il üçün görüşüb. Filmdə onların keçmişdə qalan dostluqları, düşmənlikləri, yaşadıqları canlandırılıb.
“Bayram” (The Holiday)
Simpkins Londonda yaşayan bir köşə yazarı idi. Eyni zamanda həmkarı Casper Bluumu qarşılıqsız sevirdi. Yeni il yaxınlaşarkən Casperin nişanlandığını və başqa həmkarı ilə evlənəcəyini öyrənəndə onun bütün dünyası alt-üst olub.
Digər tərəfdə Los Ancelesdə yaşayan Amanda Vuuds özünə xəyanət edən sevgilisindən yeni ayrılıb və onu unutmağa çalışıb. Taleh onların yollarını kəsişdirib. Bundan sonra isə hər ikisinin həyatındakı yeniliklərdən bəhs olunub.