Türkiyənin məşhur aktyoru Kadir Doğulu təriqətə qoşulması ilə bağlı yayılan xəbərlərdən danışıb.
OLAY yazır ki, sənətçi jurnalistlərin “Ləqəbinizin “Dərviş” olduğunu söyləyirlər. Nə üçün belə deyilir” sualını cavablandırıb. Kadir deyib ki, onu hər kəs bu ləqəblə səsləyir:
“Mənə bütün sevdiklərim “dərviş” deyir. Səbəbini mən də bilmirəm. Onlar deyirlər, mən yox”.
Qeyd edək ki, aktyorun xanımı Neslihan Atagül ilə birgə Bektaşi təriqətinə qoşulduğu söylənilmişdi.