Türkiyənin məşhur cütlüyü Neslihan Atagül və Kadir Doğulu haqda bir sıra iddialar səsləndirilib.
OLAY yazır ki, iki aktyorun Bektaşi adlanan təriqətə üzv olduğu deyilib.
İddialara görə, nəinki Kadir və Neslihan, hətta daha bir neçə məşhur da Bektaşidir.
Bir zamanlar Murat Yıldırım və Tolgahan Sayışmanın Səid Sözü Hikmetin rəhbərliyi ilə dini paylaşımlar etməsi də çox danışılmışdı. Həmçinin, bir müddət hər yerə birlikdə gedən iki aktyorun görüşməməsi müzakirəyə səbəb olmuşdu. Son zamanlar isə sənət dünyasında buna bənzər dostluq nümunəsi Neslihan Atagül və Kadir Doğulu cütlüyü ilə Murat Dalkılıç arasında yaşanır. Bektaşi olduğu iddia edilən Doğulu və Atagül eyni inanca sahib olan Dalkılıçın konsertlərinə gedir, birlikdə layihələr hazırlamağı planlaşdırırlar.
Tərəflərin rəhbərlərini tez-tez ziyarət etdikləri də söylənilir. Rəhbər adlandırdıqları şəxsin Ali Osmay Güre olduğu deyilib. Cütlük ötən aylarda Nişantaşında bərabər gəzdikləri zaman uşağın kim olduğunu soruşan jurnalistlərə "Mənəvi qardaşlarımızdır" deyə cavab verib.
Həmçinin, məlumatlara görə, Doğulu və Atagül əsasını qoyduqları “Alim yapım”la yeni layihələr təşkil etmək istəyirlər.
Qeyd edildiyi kimi, Doğuludan başqa Tansel Öngel, Murat Dalkılıç, Sitare Akbaş kimi simalar da bu təriqətə üzvdür. Onlar öz aralarında Ali Osmaya “Ata” deyə müraciət edirlər. Belə ki, Bektaşi ola bilmək üçün ondan nəsiblənmək lazımdır.
Hətta o, üzvlərə yeni adlar qoyur. Məsələn, Dalkılıçın adı “Keremcan”, Öngelin isə “Fethican”dır. Kadir son zamanlar xidmətlərinə görə “dərviş” titulu alıb.
Bundan başqa, Murat komandaya ilk qatıldığı vaxtda o zamanki sevgilisi Hande Erçellə dua söhbətinə gedib. Ancaq aktrisa daha sonra bu səbəbə görə ondan ayrılıb.