Türkiyənin məşhur aktrisası Neslihan Atagül Orta Şərqin ən nüfuzlu mükafat mərasimi olan DİAFA-ya qatılıb.
OLAY yazır ki, sonuncu dəfə “Sefirin Kızı” serialında rol alan aktrisa “İlin ən yaxşı beynəlxalq aktrisa” nominasiyası üzrə qalib olub.
Dubayda baş tutan gecəyə modelyer Özgür Masur imzalı libasda qatılan sənətçi qırmızı xalçada bütün diqqəti öz üzərinə çəkməyi bacarıb.