Müğənni Alişan xanımı Buse Varoldan boşanması barədə yayılan xəbərlərə aydınlıq gətirib.
OLAY yazır ki, sənətçi bu barədə instagramda açıqlama yayıb.
“Ərizələr yazıldı, qərarlar alındı. Yox, o düz imiş, yox bu haqlı imiş. Qardaş itirməyin acısını yaşayarkən, anamı, həyat yoldaşımı, rəhmətlik qardaşımın arvadı, uşaqlarım, hər gün göz yaşı tökən tək bacılarımı rahat buraxın. Bunlar hər ailədə ola biləcək şeylərdir. Xahiş edirəm, bizim yerimizə qərar verməyin. Xahiş edirəm, daha ssenarilər yaratmayın. Ayrılsaq, onda nə istəsəniz danışa, şərh yaza bilərsiniz”, - deyə Alişan qeyd edib.