Fotosessiya
Fotosessiya

Məşhur ulduz kor olacaqdı...

Məşhur ulduz kor olacaqdı...

Rus həkimlər Vitası (Vitaliy Vladasoviç Qraçev - əsl adı) korluqdan xilas ediblər.

OLAY “Shot” teleqram kanalına istinadən yazır ki, 45 yaşlı sənətçi korluqdan xilas olub.

Bir neçə ay əvvəl ona vaxtında cərrahi müalicə edilmədən görmə qabiliyyətinin itirilməsi ilə nəticələnən tor qişasının qopması diaqnozu qoyulub. 

Buna səbəb 30 illik proyektorların altında saysız-hesabsız konsertlər və çəkilişlər olub.

Sənətçinin kor olmasının qarşısını almaq üçün o, iki ay yarım ərzində bir neçə əməliyyat keçirib. Bildirilir ki, bütün bu müddət ərzində o, demək olar ki, tam qaranlıqda yaşayıb, günəş eynəyində hərəkət edib. Həyat yoldaşı və qızı həmişə onun yanında olublar.

İndi bütün cərrahi müdaxilələr arxada qalıb, son əməliyyatdan bir ay keçib, Vitas tam sağalıb. Yaxınlarının sözlərinə görə, hazırda rusiyalı həkimlərin sayəsində onun görmə qabiliyyəti tam qaydasındadır. Ancaq konsertlər zamanı lazer şoular ona indi qadağandır. Yeri gəlmişkən, müğənninin növbəti konserti noyabrda və təbii ki, Çində (Quançjou) planlaşdırılır.