Azərbaycanın ilk özəl televiziya kanallarından olan “SARA” televiziyasının təsisçisi və rəhbəri olmuş iş adamı Rəsul Rauf vəfat edib.
OLAY yazır ki, bu barədə mərhumun qızı Sara Nəcəfi Rauf məlumat yayıb.
Bildirilib ki, R.Rauf uzun müddətdir Türkiyədə yaşayırmış və orada dünyasını dəyişib.
Qeyd edək ki, “SARA” televiziyası 1995-1999-cu illərdə fəaliyyət göstərib.