Repçi Offset (Kiari Kendrell Sifus - əsl adı) iddia edir ki həyat yoldaşı, həmkarı Kardi Bi hamilə olarkən onu aldadıb.
OLAY yazır ki, sənətçi, əmin edir ki, onun başqa kişilərlə münasibəti artıq Kardinin uşaq dünyaya gətirdiyi vaxt baş verib.
Üstəlik, Offset bunu çox kobud şəkildə edib. Beləki o bu haqda Kardinin instaqram səhifəsində açdığı canlı yayımının şərh bölməsində yazıb.
“İçəridə uşaqla cinsi əlaqəyə girdin, düzünü de!”, - deyə, Offset yazıb.
Kardi Bi keçmiş sevgilisindən geri qalmayıb və eyni şəkildə onun sözlərini demək olar ki, təsdiqləyərək “Və mən etdim!” sözlərini o, “X” sosial şəbəkəsindəki şəxsi bloqunda yazıb. Bundan sonra cütlük arasında yaşananlar barədə xəbər yoxdur.
Qeyd edək ki, artıq avqustun əvvəlində repçi boşandığını elan edib. Lakin bir neçə ay sonra Kardi Binin Offsetdən hamilə olduğu ortaya çıxıb. Onların üç övladı var.