Dünyaca məşhur müğənni Teylor Svitin başı fanatları ilə dərddədir.
OLAY yazır ki, Morqan Mank adlı şəxs 32 yaşlı müğənninin evinə maşınla hücuma keçib.
İfaçının heyranı olduğunu söyləyən Morqan avtomobilini evin divarına vurub. Mank daha sonra zəng aparatını sökməyə çalışıb. Sözügedən şəxs əvvəlcə polislər tərəfindən saxlanılıb, daha sonra azadlığa buraxılıb.
Qeyd edək ki, Teylorun ötən il bir başqa pərəstişkarı oğurluqda ittiham olunaraq həbs edilmişdi.