Bir neçə gün əvvəl “Telegram”ın yaradıcısı Pavel Durov 5 milyon avro girov müqabilində Fransa istintaq təcridxanası tərk edib.
OLAY yazır ki, iş adamı həbs olunarkən onu müşayiət edən bir qızla Paris küçələrində paparatsiyaların obyektivinə tuş gəlib. Durov 24 yaşlı sevgilisi olduğu iddia edilən Yuliya Vavilova ilə qara eynəkdə küçələri dolaşıb.
Cütlüyün əhvalının əla olması, hətta Durovun yaşadığı problemlərə baxmayaraq bəzi fotolarda üzü gülər düşməsi də diqqətdən qaçmayıb.
Hazırda yerli mətbuatın yazdığına görə, onlar şəhərin mərkəzində rahat mənzil axtarırlar.
Qeyd edək ki, Pavel Durov Leninqrad şəhərində anadan olub. Onun üç vətəndaşlığı var, Sent Kitts və Nevis, Fransa Respublikası və Birləşmiş Ərəb Əmirlikləri. Hazırda o, 2017-ci ildən şirkətinin yerləşdiyi Dubayda yaşayır.
Xatırladaq ki, şənbə günü, avqustun 24-də 39 yaşlı Pavel Durov Fransanın paytaxtında saxlanılaraq həbs edilib. Paris məhkəməsinin Respublikaçı prokuroru Laura Bekku mütəşəkkil cinayətlə bağlı cinayətlərlə bağlı açılmış istintaq çərçivəsində dindirildiyini izah edib. Təkcə uşaq pornoqrafiyasını yaymaq və narkotik ticarəti ittihamı ilə onu 10 ilə qədər həbs və 500 min avro cərimə gözləyir.