“Telegram”ın yaradıcısı Pavel Durovun sevgilisi Yuliya Vavilova azadlığa çıxmasına baxmayaraq, Parisdə qalıb.
OLAY yazır ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.
Hazırda Vavilova da Durovun mühafizəçisi kimi şahid statusuna malikdir. Onun telefonu da araşdırma üçün götürülüb. Yuliya da şahid kimi məhkəməyə çağırıla bilər, lakin o, Rusiya Federasiyasının vətəndaşı olduğundan belə hallarda görünmək yalnız fransızlar üçün məcburi haldır.
Sabah Pavelin taleyi müəyyən olunacaq. O, məhkəməyə gətiriləcək. Ya həbsdə qalacaq, ya da ölkəni tərk etməyi qadağan edərək zaminə buraxılacaq.
Qeyd edək ki, 2021-ci ildən Fransa vətəndaşı olan Durova qarşı iş iyulun 8-də açılıb. O, artıq dindirilib; onun həbs müddəti avqustun 28-də başa çatır. İş Rəqəmsal Cinayət Mərkəzi (C3N) və Milli Fırıldaqçılıq İdarəsi tərəfindən araşdırılır. Ona qarşı irəli sürülən ittihamlara görə, Pavel Durovu 20 ilə qədər həbs gözləyir.
“Bloomberg” nəşri sərvətini bu yaxınlarda 9,15 milyard dollar qiymətləndirən 39 yaşlı “Vkontakte” sosial şəbəkə platformasının həmtəsisçisi və “Telegram”ın yaradıcısı uzun müddətdir ki, Rusiyada yaşamır. Onun BƏƏ, Fransa və Rusiya vətəndaşlığı var.