Video
Video

Durov sərbəst buraxıldığı üçün 5 milyon avro ödəməlidir

Durov sərbəst buraxıldığı üçün 5 milyon avro ödəməlidir

“Telegram”ın sahibi Pavel Durov ötən gecə zaminə buraxılıb. 

OLAY yazır ki, Durovun Parisdəki məhkəmə prosesindən sonra internetdə ilk videosu yayılıb.

“Telegram”ın təsisçisi məhkəmə binasını tərk edərək şəxsi, qara rəngli mikroavtobusla uzaqlaşıb. İş adamı jurnalistlərlə danışmaqdan imtina edib və mühafizənin müşayiəti ilə park edilmiş avtomobilə tərəf hərəkət edib. 

Saat gec olmasına baxmayaraq milyarder gözlərini tünd eynək altında gizlədib. Onun üzündə təbəssüm isə diqqətdən qaçmayıb. 

Pavelin dəqiq hara getdiyi məlum deyil. Onun Fransa ərazisini tərk etməsinin qadağan edildiyi bildirilir. Sahibkar həftədə iki dəfə polis idarəsinə gəlməlidir. O, həmçinin 5 milyon avroluq girov ödəməlidir.

Fransa prokurorluğunun bildirdiyinə görə, Durov uşaq pornoqrafiyası təsvirlərinin yayılmasında və narkotik alverində, ümumilikdə isə altı cinayətdə ittiham olunub.

Pavel Durovun özünün gələcəyinə gəlincə, o, qanunsuz əməliyyatlar aparmaq üçün onlayn platforma idarə etdiyinə görə 10 ilədək həbs və 500 min avro cərimə ilə üzləşə bilər.

Fransa prokurorluğu açıqlamasında 2024-cü ilin fevralında ibtidai istintaqa başladığını və iyulda iş açıldığını bildirib. Prokurorluq Durov və onun nümayəndələri ilə əlaqə saxlamağa çalışsa da, “Telegram-dan məhkəmə sorğularına demək olar ki, tam cavab verilməməsi” ilə üzləşib. Elə o zaman istintaq başladılıb.