Amerikalı model və iş xanımı Kayli Cenner yeni görünüşü ilə diqqətləri üzərinə cəmləyib.
OLAY yazır ki, Kayli uzun müddətdən sonra dodaqlarına həcm verən dolğuları çıxarıb.
Bu, onun makiyajsız fotosunu sosial şəbəkə hesabında yayımladıqdan sonra üzə çıxıb.
Ulduzun dodaqlarının xeyli kiçilməsi nəzərdən qaçmayıb.
Qeyd edək ki, Cenner müsahibələrinin birində dodaqlarını yeniyetmə ikən böyütdürdüyün açıqlamışdı.