Fotosessiya
Fotosessiya

“Anama zəng vurub əsəbi halda ağlayırdım”

“Anama zəng vurub əsəbi halda ağlayırdım”

Amerikalı model və iş qadını Kayli Cenner “Vogue” dərgisinin Britaniya versiyasının yeni buraxılışının siması olub.

OLAY yazır ki, bunun üçün Kayli altı yaşlı Stormi və iki yaşlı Air adlı iki övladı ilə obyektiv qarşısına keçib.

Cenner dərgiyə verdiyi müsahibəsində iki dəfə keçirdiyi doğuşdan sonra yaşadığı depressiyadan danışıb:

“Hər iki doğuşda güclü emosional stress keçirmişdim. Kiçik şeylərə çox reaksiya verirdim, anam ağlayırdı və isterik vəziyyətə düşürdüm. Bu halda isə oğlumun adını belə xatırlaya bilmirdim”.

Kayli doğuşdan sonrakı depressiv vəziyyətini 20 yaşında yəni çox erkən ana olması ilə əlaqələndirib:

“Əlbəttə, bilirdim ki, uşaq istəyirəm. Mən həmişə uşaqları çox istəyirdim. Amma Storminin doğulması planlaşdırılmamışdı. Bu, ani baş verdi”.

Model hər iki uşağı o vaxtkı sevgilisi Trevis Skottdan dünyaya gətirib. İlk uşaqları dünyaya gəldikdən sonra onlar ayrıldılar, lakin sonra münasibətlərini bərpa etdilər. Amma onlar indi bir yerdə deyillər.

Cenner müsahibəsində bir ildən artıqdır birlikdə olduğu sevgilisi, aktyor Timoti Şalame haqqında danışmayaraq, münasibətlərinin yalnız yaxşı getdiyini və şəxsi həyatını gizli saxlamaq istədiyini qeyd edib.