Fotosessiya
Fotosessiya

Kayli Cenner 27 yaşını belə qeyd etdi

Kayli Cenner 27 yaşını belə qeyd etdi

Amerikalı model və iş qadını Kayli Cenner 27 yaşını ailəsi, yaxın dostları və sevgilisi Timoti Çalametin əhatəsində Baham adalarında qeyd edib. 

OLAY yazır ki, doğum günündən çəkilən fotoları Kaylı sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Diqqət çəkən məqam isə Cennerin yaylmladığı şəkillərdə sevgilisinin olmaması olub. 

Bunu görən sosial şəbəkə əhli Kayliyə niyə fotolarda Timotini deyil başqalarını göstərməsinin səbəbini soruşublar. 

Məşhur isə sevgilisi ilə bağlı bu və digər sualları cavabsız qoyub.