Fotosessiya
Fotosessiya

Ölümcül xəstə olan Brüs Uillisin səhhəti necədir?

Ölümcül xəstə olan Brüs Uillisin səhhəti necədir?

Qızı Rumer ölümcül xəstə olan 69 yaşlı dünya şöhrətli Hollivud aktyoru Brüs Uillisin özünü yaxşı hiss etdiyini açıqlayıb.

OLAY yazır ki, bu haqda əfsanəvi kino ulduzun övladı sosial şəbəkə hesabında məlumat verib.

İnstaqramda izləyiciləri ilə “sual-cavab” edən Rummer atası ilə əl-ələ çəkdiyi fotosunu yayımlaraq bu sözləri yazıb:

“O, əladır. Onu çox sevirəm. Çox sağolun”.

Qeyd edək ki, Brüsa heç bir müalicəsi olmayan frontotemporal demensiya diaqnozu qoyulub. Xəstələr tədricən idrak qabiliyyətlərini itirir və beyinlərinin fəaliyyəti dayanır.