Rus estrada ulduzu Alsu boşanma prosesində olduğu əri, yəhudi milyarder Yan Abramovu növbəti dəfə məhkəməyə verib.
OLAY “Mash” telegram kanalına istinadən yazır ki, sənətçi bu dəfə keçmiş ərindən 10 milyard rubl (təxminən 189 milyon manat) dəyərində əmlakın bölünməsini tələb edir.
Alsunun Abramovla bölüşmək istədiklərinin siyahısı 100 səhifədən çoxdur. Siyahıda həyat yoldaşlarının mənzilləri, bağ evləri, avtomobilləri, avtomobil dayanacaqları, müxtəlif şirkətlərin səhmləri, şirkətlərdəki payları, bank hesabları və s. var.
Bundan əvvəl Abramov həyat yoldaşına təzminat olaraq 2,5 milyard rubl (təxminən 47 milyon manat) təklif etsə də, o, bundan imtina edib.
Yan Abramovun vəkili Aleksandr Dobrovinski bildirib ki, Alsu əvvəlcə 300 milyon rubl (təxminən 5,7 milyon manat) dəyərində yalnız bir mənzil tələb edib. Lakin sonradan fikrini dəyişərək nümayəndələrini yeni siyahı ilə göndərib.