Rusiyalı müğənni Alsunun yəhudi milyarder həyat yoldaşı, iş adamı Yan Abramovdan boşanma prosesi avqustun sonunda bitməsi planlaşdırılır.
OLAY yazır ki, sənətçi ərinə qarşı təkcə bir iddia ilə kifayətlənməyib.
Beləki, bir neçə həftə əvvəl müğənninin nümayəndələri Savelovski Məhkəməsinə cütlüyün əmlakının bölünməsi ilə bağlı “iddianı təmin etmək üçün tədbirləri ləğv etmək” üçün vəsatət qaldırdılar.
“Görünür, söhbət ər-arvadın qarşı tərəfin tələbi ilə qoyulmuş daşınmaz əmlakına və digər mübahisəli əmlaklarına həbs qoyulmasının ləğvindən gedir. Bu ona görə edilir ki, hesablar, mənzillər və avtomobillər prosesin sonuna qədər toxunulmaz qalsın, heç kim heç nə satmasın və ya köçürməsin”, - deyə mənbə “Starhitə” bildirib.
Hələlik bu iş üzrə dinləmələr təyin edilməyib.
Cütlüyün əmlakının bölünməsi ilə bağlı iddia avqustun 1-də Moskva Şəhər Məhkəməsinə də təqdim edilib. Görünür, müğənni bəzi məsələləri dərhal yuxarı instansiyada həll etməyə üstünlük verib. Savelovski məhkəməsi məsələyə avqustun 22-də, apellyasiya məhkəməsi isə ayın 26-da baxacaq. Və ertəsi gün sənətçi çox güman ki, Ali məhkəməsində Yandan rəsmi olaraq boşanacaq. Alsu dərhal Abramovun bütün təklif və nəsihətlərinə baxmayaraq ailəni xilas etməyi planlaşdırmadığını bildirib.
Qeyd edək ki, Alsunun ərindən boşanması artıq bir neçə aydır ki, sosial şəbəkələrdə geniş müzakirə olunur. Şayiələrə görə, 18 ildir birlikdə olan cütlüyün ayrılmasına səbəb Timatinin keçmiş sevgilisi, 28 yaşlı Anastasiya Reşetova olub. Onun 46 yaşlı Abramovun məşuqəsi olduğu iddia edilib. Alsu özü də dolayı yolla “O, yalan danışır” şərhini Reşetova haqqında xəbərə şərh yazaraq bunu təsdiqləyib. Alsunun bu evliliyindən 2 qız və bir oğlan övladı var.