Musiqi
Musiqi

Alsudan yeni eşq iddialarına cavab

Alsudan yeni eşq iddialarına cavab

Yəhudi milyarder əri Yan Abramovdan boşanma ərəfəsində olan rus estrada ulduzu Alsu başqa bir kişi ilə eşq yaşaması iddialarına münasibət bildirib.

OLAY yazır ki, qatıldığı tədbirlərin birində jurnalistlərlə üz-üzə gələn sənətçi bu iddiaların əsassız olduğunu və ürəyinin heç kimin olmadığını söyləyib. 

Ötən gün ərinin vəkili Aleksandr Dobrovinskinin Alsunun həyatında başqa bir şəxsin olduğuna eyham vurub. İfaçı açıqlamasında vəkilin adını çəkməsə də “bəzi insanlar bu cür ifadələrlə insanları çaşdırmağa çalışırlar” sözləri ilə fikrini belə davam edib:

“Bəzi insanlar yalan danışaraq başqalarını aldadırlar. Kişilər həmişə mənə baxırlar və baxırdılar... Təşəkkür edirəm. Ürəyim azaddır”

Alsu əlavə edib ki, o, bu yay Fransada olub, orada uşaqları ilə birlikdə istirahət edib və çox gözəl vaxt keçirib. Estrada ulduzu söyləyib ki, o, hələ də evli qadındır və ətrafa baxmır.

Qeyd edək ki, avqustun 22-də Alsu və Yan Abramovun əmlakının bölünməsi ilə bağlı məhkəmə iclası keçirilib. Ərinin vəkili. A Dobrovinski Yanın artıq boşanmaya mane olmayacağını söyləyib və müğənninin həyatında yeni bir adamının olduğuna işarə edib. Onun sözlərinə görə, yay səfərlərindən sonra Alsunun şəxsi həyatı olduğu aydın olub.