Hollivud aktyoru Bred Pitt oğlunun qəzasından bir neçə həftə sonra motosikletə minməsi ilə gündəmə gəlib.
OLAY yazır ki, Bred Pitt və Ancelina Coli arasında uzun müddət davam edən mübahisədə 20 yaşlı oğlu Paksın qəzaya düşməsindən sonra ictimaiyyət nəhayət aktyorun tərəfinə keçib.
Məsələ burasındadır ki, məğrur ana hadisədən sonra keçmiş ərinə oğlu ilə danışmağa belə icazə verməyib və Bred cavab olaraq Ancelinanı uşaqlarına əhəmiyyət verməməkdə və dəbilqəsiz elektrik velosiped sürməyə icazə verməkdə günahlandırıb. İctimaiyyət, qəribə də olsa, aktyorun bu fikirləri ilə razılaşıb.
Bir gün əvvəl “TMZ” nəşri Bredin iştirak etdiyi motosiklet yürüşünün görüntülərini əldə edib.
Oğlundan fərqli olaraq, aktyor ehtiyatlı davranıb və dəbilqə taxsa da, sosial şəbəkə əhli ulduzun asudə vaxtını bu cür keçirməsini birmənalı qiymətləndirməyib.
Qeyd edək ki, Paksın iştirakı ilə baş verən qəzanın çox ciddi olduğu sonradan məlum olub. Şahidlərin sözlərinə görə, oğlanın ağzından qan axıb və toqquşduğu avtomobilin sürücüsü ona kömək etməsəymiş, nəticələr daha ağır ola bilərmiş.
Xatırladaq ki, bu yaxınlarda cütlüyün ilk bioloji qızı olan 18 yaşlı Şilo rəsmi olaraq atasının soyadından imtina edib.