Fotosessiya
Fotosessiya

Ancelinanın qəzaya düşən oğlu necədir?

Ancelinanın qəzaya düşən oğlu necədir?

Bir həftə əvvəl Los-Ancelesdə qəzaya düşən Ancelina Coli və Bred Pittin oğlu Paks hələ də xəstəxanadadır.

OLAY “People” nəşrinə istinadən yazır ki, indi 20 yaşlı gənci uzunmüddətli reabilitasiya gözləyir.

Los Feliz bulvarının hərəkətli hissəsində avtomobilə çırpıldıqdan bir neçə gün sonra Paks dəbilqəsiz elektrikli motosikletini sürərkən reanimasiya şöbəsini tərk edib.

“Paks reanimasiyadan evə buraxılıb. O, ağır zədə alıb və müalicə üçün uzun bir yola başlayır”, - deyə mənbə bildirib.

Paksın anası 49 yaşlı aktrisa bütün vaxtını oğlu ilə keçirməyə davam edir. Eyni zamanda onun qardaş və bacıları da Paksı ziyarət edirlər. 

Xatırladaq ki, maşınla toqquşduqdan sonra Paks huşunu itirərək yerə yıxılıb. Hadisə yerinə gələn tibb işçiləri başından və omba nahiyəsindən xəsarət alan Paksı təcili xəstəxanaya yerləşdiriblər. Şahidlər gəncin avtomobili dəbilqəsiz idarə etdiyini və işıqforun qırmızı işığına keçdiyini bildirib. Avtomobillə toqquşma o qədər güclü olub ki, şahidlər məşhur oğlunun sağ qalma şansının minimal olduğuna əmin olublar. Lakin xoşbəxtlikdən Paks qəzadan sağ çıxıb.

Paksın atası Bred Pitt mətbuatdan hadisədən xəbər tutanda şoka düşüb, dəhşətə gəlib. Qəzadan sonra 60 yaşlı aktyor keçmiş həyat yoldaşına və digər uşaqlarına zəng etmək istəsə də, onların heç biri telefona cavab verməyib. Bildirilir ki, Pitt baş verənlərə görə Ancelinanı günahlandırır, çünki Bredin maşın almaqda israrlı olmasına baxmayaraq Coli oğluna elektrik motosiklet alıb və buna da o icazə verib.

Qeyd edək ki, Paks keçmiş həyat yoldaşları, Ancelina Coli və Bred Pittin oğludur. Ümumilikdə aktyorların altı övladı var, onlardan üçü övladlığa götürülüb: 22 yaşlı Maddoks, 19 yaşlı Zahara və 20 yaşlı Paks, üçü isə biolojidir: 18 yaşlı Şilo və 15- yaşlı əkizlər Knoks və Vivienn. “Cənab və Xanım Smit”in ulduzları on illik münasibətdən sonra 2016-cı ildə ayrılıblar.

Rəşad Əliyev