Fotosessiya
Fotosessiya

Ərindən ayrılmadığını bu yolla göstərdi

Ərindən ayrılmadığını bu yolla göstərdi

“Bozun əlli çaları”nın ulduzu Dakota Conson “Coldplay” pop - rok qrupunun solisti Kris Martindən ayrılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

OLAY yazır ki, aktrisa, nəhəng zümrüd nişan üzüyünü barmağına taxaraq dostları ilə şam yeməyinə yollanıb. 

Aktrisa jurnalistləri görən zamanı əlini yuxarıya qaldıraraq barmağındaki üzüyü nümayiş edib. 

Bu anı kameralarına həkk edən paparatsiyalar çəkdikləri fotoları sosial mediaya yayıblar. 

Beləcə D.Conson K.Martindən ayrılmadığının mesajını verib.