Fotosessiya
Fotosessiya

Alen Delon itlərinin yanında dəfn olunacaq

Alen Delon itlərinin yanında dəfn olunacaq

Dünya şöhrətli fransız aktyor Alen Delon 50 ildən çox yaşadığı mülkün ərazisində dəfn ediləcək. 

OLAY yazır ki, bu barədə “BFMTV” məlumat yayıb. Mənbənin sözlərinə görə, Delon aktyorun sağlığında qulluq etdiyi 35 itinin torpağa bastırıldığı yerdə dəfn olunacaq. 

Dəfn mərasimi yaxınlıqdakı kilsədə keçiriləcək. Bildirilir ki, bu, Delonun vəsiyyəti olub.

“Alen Delon aktyorun istəyinə uyğun olaraq, demək olar ki, yarım əsr yaşadığı “Duşi”də həftənin ortasında, ciddi məxfilik şəraitində dəfn ediləcək. Dəfn mərasimi onun əvvəlcədən seçdiyi ibadətgahda keçiriləcək”, - deyə, mənbə bildirib.

Qeyd edək ki, Alen Delon avqustun 18-də 88 yaşında vəfat edib.