Fotosessiya
Fotosessiya

“Mənə nəsə edəcəyini deyirsən...” - Təhdid olunan Sevda

“Mənə nəsə edəcəyini deyirsən...” - Təhdid olunan Sevda

Ötən axşam müğənni Sevda Sanaliyeva bir kişi tərəfindən izlənildiyini və təhdid olunduğu bildirmişdi.

OLAY yazır ki, sənətçi söyləyib ki, həmin şəxs qadın adı ilə sosial şəbəkədə saxta hesab açaraq ona və izləyicilərinə xoşagəlməz mesajlar yollayır.

“Baxın bu manyakın səhifəsidir. Arvad adı ilə mənə və izləyicilərimə yazır. Bu onun adətidir”, - deyə, Sevda vurğulayıb.

Növbəti paylaşımda isə Sanaliyeva həmin şəxs tərəfindən hədələndiyini yazıb:

“Sabah mənə nəsə edəcəyini deyirsən, gözləyəcəyəm elə. Sabahı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Sevda Sanaliyeva həmin şəxsi (ad, soyad, yaşadığı ünvan və s.) tanıdığını, onunla bağlı dəfələrlə hüquq mühafizə orqanlarına yazılı şəkildə ərizə yazaraq şikayət etdiyini və hazırda İcra Hakimiyyəti tərəfindən uzaqlaşdırma qərarının çıxarıldığı sənədi gözlədiyini vurğulayıbMüğənni başına gələn hadisə ilə bağlı müvafiq orqanlardan kömək istəyib.