Dünya şöhrətli kolumbiyalı pop ulduz Maluma Qərbi Hindistandakı Britaniyanın xarici ərazisi sayılan Terks və Kaykos adasına tətilə yollanıb.
OLAY yazır ki, istirahətinə əyləncə qatmaq üçün 30 yaşlı sənətçi dənizdə sörfinq edib.
Həmin anları isə Maluma sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Pop ulduz paylaşdığı biri-birindən rəngli fotolara “Burada sənin etibarlı kovboy-sörfçündür. Maluma körpə sevgilim” şərhini yazıb.