Fotosessiya
Fotosessiya

Malumanın “kokteyl”i fanatlarını həyəcanlandırdı

Malumanın “kokteyl”i fanatlarını həyəcanlandırdı

Maluma cəsarətli təklifi “Coco Loco” ilə dünyadakı pərəstişkarlarını təəccübləndirir.

OLAY yazır ki, kolumbiyalı sənətçinin yeni mahnısı olan “Coco Loco”nun tanıtım posteri Los-Anceles, Nyu-York, Mexiko, Mayami, Çili, London, Santiyaqo və Kolumbiyada yerləşdirilib. 

Onun pərəstişkarları bu şəkli görəndən sonra sosial mediada “dəli”yə dönüblər.

Buna səbəb isə Malumanın sözügedən fotoda çılpaq, bədəninin yalnız kokos kokteyli və yarpaqları ilə örtülü olmasıdır.

Maluma şəkli instaqramda da paylaşaraq “Kim “Coco Loco”mu dadmaq istəyir” şərhini yazıb. Fanatları isə Malumanın “kokteyl”inin dadına baxmaq üçün əldən-ayaqdan gediblər.

Qeyd edək ki, mahnının 8 iyunda təqdimatı planlaşdırılsa da, artıq bir neçə şəhərdə maraqla gözlənilir.