Fotosessiya
Fotosessiya

Ərinin bu hərəkəti Cey Lonu qəzəbləndirdi

Ərinin bu hərəkəti Cey Lonu qəzəbləndirdi

Dünya pop səhnəsinin əfsanəvi ulduzu Cennifer Lopez əri Hollivud aktyoru Ben Afflekdən gözlənilən boşanmaya görə özünü çox pis hiss edir. 

OLAY yazır ki, müğənniyə yaxın olan bir mənbənin sözlərinə görə, Cennifer Benə qəzəblidir, çünki əvvəlcə “eyni çaya iki dəfə girmək” (cütlük illər əvvəl münasibətdə olublar) fikri onun idi.

“Cennifer qəzəblidir. Ben onu alçaltdı. Münasibətlərin yenidən alovlanmasının təşəbbüskarı olub. Bu münasibətdə isə beş uşaq iştirak edir. Onları birlikdə böyüdəcəklərini bilirdi. İndi Lopez, bunun bitdiyi ilə barışa bilmir”, - deyə mənbə bildirib.

Daha əvvəl məlum olmuşdu ki, cütlük boşanmaq üçün bütün lazımi sənədləri hazırlayıb və ayrılıqlarını açıq elan etmək niyyətindədirlər.

Qeyd edək ki, bu, cütlüyün ikinci cəhdidir. Onlar 2000-ci illərin əvvəllərində tanış olublar və görüşməyə başlayıblar. 

2003-cü ildə isə nişanlandıqlarını elan ediblər, lakin tezliklə münasibətlərə ara verib və sonra toylarını tamamilə ləğv ediblər. Bu müddət ərzində Cennifer və Ben başqa-başqa şəxslərlə ailə qurub və hər ikisinin uşaqları olub. Ancaq pandemiya zamanı ulduzlar yenidən ünsiyyət qurmağa başlayıb və münasibətlərinə bir şans daha verməyə qərar veriblər. Cütlük 2022-ci ildə ailə həyatı qurub. 

Rəşad Əliyev