Fotosessiya
Fotosessiya

Di Kaprio bu villasını satır - Fotolar

Di Kaprio bu villasını satır - Fotolar

Oskar mükafatlı aktyor Leonardo Di Kaprio 2018-ci ildə məşhur müğənni Mobidən aldığı Los-Ancelesdəki evini satmaq istəyir. 

OLAY yazır ki, 47 yaşlı amerikan kino ulduzu avqustda 5 milyon 750 min dollara satışa çıxardığı, lakin alıcı tapa bilmədiyi mənzilinə bu dəfə endirim edib.

Di Kaprio villaya 4,895 milyon dollar qiymət qoyub. Halbuki o, evi alarkən 4,91 milyon dollar ödəmişdi. 1926-cı ildə Tudor dövrünün memarlığına (İngiltərə və Uelsdə 1485-1603) uyğun dizayn edilən malikanə, bugünkü müasir memarlıq ilə birləşdirilib.